Məzmuna keç

Şəmkirdə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücünün məhkəməsi başlayır

Şəmkirdə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Mais Rəfiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilib.

Hakim Rəşad Mustafayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində 1971-ci il təvəllüdlü Təranə Nağıyeva hadisə yerində ölüb. 2005-ci il təvəllüdlü Nəzrin Nağıyeva,1975-ci il təvəllüdlü Nəsibə Nağıyeva, 1980-ci il təvəllüdlü Əbdul-Bahar Əlavi, 1984-cü il təvəllüdlü Mühəməd Mehdi Əhmədi və 1998-ci il təvəllüdlü Səyaf Nəzari xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Mais Rəfiyevə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə