Məzmuna keç

Gəncədə satıcını hədələyərək quldurluq edən şəxslərin məhkəməsi başlayır

Gəncədə mağazada satıcıya qarşı quldurluq etməkdə təqsirləndirilən Kənan Orucov və Alpaşa İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, K.Orucov və A.İbrahimov mağazaya daxil olaraq satıcını bıçaqla hədələyərək 100 manat pul və 1 qutu siqaret aldıb. K.Orucov satıcıya bıçaq xəsarəti yetirib. hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə