Bakıda avtomobildən oğurluq etməkdə təqsirləndirilən Əfqan Dünyamalıyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Hakim Hafiz Kamranovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası sentyabrın 15-nə təyin olunub.
Qeyd edək ki, Ə.Dünyamalıyev paytaxtın Nərimanov rayonu ərazisində “Toyota” markalı bir avtomobildən 3300 manat dəyərində səsboğucusunu oğurlamaqda təsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
