Məzmuna keç

Ağır qəza törədən sürücünün istintaqı başa çatdı

Kürdəmirdə ölümlə nəticlənən yol qəzası törətməkdə təqsirləndirilən Ruslan Xasyanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materiallar baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilib.

İş hakim Xaliq İmanovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki açıqlanmayıb.

Qeyd edək ki, hadisə rayonun Atakişili kəndində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 24 yaşlı Xasyanov Ruslan Əli oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış, Bərdə rayon sakini 26 yaşlı Allahverdiyev Salman Lətif oğluna məxsus “Mercedes” markalı yük maşınına çırpılıb. Nəticədə “Toyota Prius”un sərnişini, 23 yaşlı Mənsimov Elnur Cavanşir oğlu hadisə yerindəcə dünyasını dəyişib. Qəza zamanı habelə sürücü və digər sərnişinlər 32 yaşlı Qasımov Vahid Hüseynağa oğlu və 1991-ci il təvəllüdlü Səmədov İslam Rövşən oğlu, eləcə də ”Mercedes” in sürücüsü S.Allahverdiyev ağır xəsarətlər alıblar. R.Xasyanova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə