Məzmuna keç

Kürdəmirdə 3 nəfərin xəsarət aldığı qəza ilə bağlı məhkəmə başlayır

Kürdəmirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Zabil Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilib.

İş hakim Xaliq İmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. QAZel markalı nəqliyyat vasitəsinin Gəncə istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış DAF markalı TIR-ın arxa hissəsinə çırpılması nəticəsində Əliyev Elçin, Abbasov Zabil və Həsənov Rüstəm ağır bədən xəsarətləri alıblar. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə