Məzmuna keç

“Ləzzət Biskvit və Şokolad Fabriki” cərimə oluna bilər

Dövlət Gömrük Komitəsi "Ləzzət Biskvit və Şokolad Fabriki" MMC-yə cərimə yazıb.

E-huquq.az-ın məlumatına görə, fabrik barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə göndərilib və hakim Gülsüm Əliyevanın icraatına verilib.

Protokol təsdiq olunsa, "Ləzzət Biskvit və Şokolad Fabriki" min beş yüz manat məbləğində cərimə ediləcək.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə