Hacıqabulda həyətində narkotik tərkibli bitkilər yetişdirməkdə təqsirləndirilən Mehman Əlihüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Oruc Cəlilovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasınəın vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Mehman Əlihüseynovun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən və yaş çəkisi 7 kiloqram olan 22 ədəd xaşxaş bitkisi aşkar edilərək götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
