Cəlilabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Zaur Əliyevin cinayət işi üzrə ibtidai istintaq baş açatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materialar baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.
Hakim Vüsal Cəbrayılovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası sentyabrın 14-ə təyin olunub.
Qeyd edək ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayonun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb. "VAZ-2106" markalı minik avtomobilinin maneəyə çırpılması nəticəsində 1987-ci il təvəllüdlü Zaur Əliyev, 1953-cü il təvəllüdlü Məmməd Məmmədov və 1957-ci il təvəllüdlü Töhfə Məmmədova xəsarət alıblar. Avtomobilin sürücüsü Z.Əliyevə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
