Məzmuna keç

“Azerfloat” gömrük qaydalarını pozmaqda günahlandırılır

Dövlət Gömrük Komitəsi "Azerfloat" QSC-yə cərimə yazıb.

E-huquq.az-ın məlumatına görə, QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 505-ci (Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Azerfloat" ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə