Məzmuna keç

Biləsuvarda narkotiklə tutulan şəxslər hakim qarşısına çıxarılır

Biləsuvarda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Məhəmməd Quliyev və Sübhan Rzayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Əli Əliyevin sədrliyi ilə keçiləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı paytaxt sakinləri Məhəmməd Quliyev və Sübhan Rzayev Biləsuvar rayonu ərazisində saxlanılıblar. Axtarış zamanı onlardan 3 kiloqramdan artıq psixotrop maddə olan metamfetamin aşkar edilib. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə