Məzmuna keç

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən qadının məhkəməsi başlayır

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Xədicə Allahverdiyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Səbuhi Hüseynovun icraatına verilib. Məhkəmənnin hazırlıq iclası sentyabrın 19-da keçiriləcək.

Qeyd edək ki, hadisə Binəqədi-Mehdiabad yolunda qeydə alınıb. Belə ki, Xədicə Allahverdiyevanın idarə etdiyi "Mercedes" markalı avtomobillə Rauf Abbasovun idarə etdiyi "Toyota Prius" markalı avtomobil toqquşub. Nəticədə sonuncu avtomobildə sərnişin olan 1995-ci il təvəllüdlü Xumarǝ Hüseynova aldığı xəsarətlərdən hadisə yerində ölüb, X.Allahverdiyeva isə müxtəlif dərəcəli xəsarətlər alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib. X.Allahverdiyevaya qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə