Məzmuna keç

İrandan qayıqlarla Azərbaycana narkotik gətirən dəstə üzvləri hakim qarşısına çıxarılır

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elşad Əliyev və Zakir Nağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası sentyabrın 19-a təyin olunub.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş şəxslər – Elşad Əliyev və Zakir Nağıyevdən 187 kiloqram, o cümlədən 113 kiloqram tərkibi psixotrop maddələr əlavə edilərək zənginləşdirilən marixuana, 37 kiloqram heroin, 36 kiloqram metamfetamin, 1 kiloqram tiryək və 5 min ədəd "Metadon M40" həbi aşkar edilərək götürülüb. Araşdırmalar zamanı onların vaxtaşırı olaraq İran vətəndaşları ilə əlbir olaraq narkotikləri dəniz yolu ilə ölkə ərazisinə gətirdikləri məlum olub. Saxlanılan şəxslər həmin narkotikləri əldə edəndən sonra Bakı şəhərində ayrı-ayrı şəxslərə ötürərək satışını təşkil etməli imişlər. Elşad Əliyev və Zakir Nağıyevə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə