Məzmuna keç

Oğlunu öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Bakıda oğlunu öldürməkdə təqsirləndirilən Ramiz İsrafilovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazılrıq iclasının vaxtı hələ ki açıqlanmayıb.

Qeyd edək ki, paytaxtın Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən mənzillərdən birində 1990-cı il təvəllüdlü Kamran İsrafilovun ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1956-cı il təvəllüdlü Ramiz İsrafilovun aralarında yaranmış mübahisə zamanı oğlu Kamran İsrafiova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəlis ürülüb.

Şəbnəm Mehdizadə