"Hazırda "Elektron məhkəmə" informasiya sistemində daha geniş imkanların yaradılması üçün müəyyən yeniliklərin tətbiqi ilə bağlı iş gedir. Ola bilər ki, həmin işlər sistemdə bəzi müvəqqəti problemin yaranmasına səbəb olsun".
Bunu e-huquq.az-a açıqlamasında Ədliyyə Nazirliyinin informasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.
O, ötən gün "Elektron məhkəmə" sisteminə daxil olmaqla bağlı yaranmış çətinliyin artıq aradan qalxdığını deyib.
"Dünən axşam saatlarında problem yaranmışdı və qısa müddətdə aradan qaldırıldı. Həmin problem bu gün səhər saatlarında da təkrarlanıb. Lakin artıq həllini tapıb və hazırda sistemə daxil olmaqla bağlı hər hansı çətinlik yoxdur", – deyə A.Səmədzadə qeyd edib.
Şəbnəm Mehdizadə
