- 11 Sentyabr 17:59
Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi zamanı bərabər nəticələr əldə etmiş şəxslərdən ali təhsil pilləsinin daha yüksək səviyyəsini bitirənlərə üstünlük veriləcək.
E-huquq.az xəbər verir ki, bununla bağlı “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na dəyişiklik edilib.
Təhsil səviyyəsi eyni olduqda isə təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə və xarici dil bilənlərə üstünlük veriləcək.
Şəbnəm Mehdizadə