"AzAgro Holdinq" MMC-yə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, holdinq barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
İş hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki açıqlanmayıb.
Qeyd edək ki, bu xətaya görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
Şəbnəm Mehdizadə
