Bakıda metroda qadına qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Elşən Əzimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Hakim Xalidə Əlisoyun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Əzimov metronun “Ulduz” stansiyasında bir qadının çantasından içərisində 1112 manatı, sənəd və bank kartları olan pul qabısını soyğunçuluq yolu ilə talanmaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
