Məzmuna keç

“İdeal Yaşam” cərimələnə bilər

“İdeal Yaşam” MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. İş hakim Nəriman Mehdiyevin sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, “İdeal Yaşam” üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə