Məzmuna keç

Restoranda adam bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Polad Salmanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Binəqədi rayonu Binəqədi şossesində yerləşən "White Palace" restoranında baş verib. Spirtli içkinin təsiri nəticəsində aralarında yaranmış mübahisə zəminində Polad Salmanov Xəyal Hüseynovu bıçaqlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə