Məzmuna keç

“Megapol” Sağlamlıq Mərkəzinə cərimə yazıldı

"Megapol Sağlamlıq Mərkəzi" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, mərkəz barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Elçin Ağayevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, bu xətaya görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şəbnəm Mehdizadə