Bakıda oğurluq etməkdə təqsirləndirilən İxtiyar Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.
Hakim Nərminə Rzayevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, İxtiya Abbasov Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yerləşən bir anbardan 30 000 manat dəyərində ərzaq məhsulları və məişət əşyalarının oğurlanmasında təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
