Məzmuna keç

Masallıda tanışını taxta parçası ilə döyərək xəsarət yetirən şəxsin istintaqı başa çatdı

Masallıda tanışına xəsarət yetirməkdə təqsirləndirilən Məhərrəməli Əliağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Vüqar Əhmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələli məlum deyil.

Qeyd edək ki, Məhərrəməli Əliağayev əvvəllər tanıdığı Yusubov Baloğlan Yusub oğluna taxta parçası ilə baş baş nahiyyyəsinə xəsarətlər yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə