Məzmuna keç

“Architectural Construction Group”a cərimə yazıldı

"Architectural Construction Group" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci (şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsi) maddəsi ilə protokol tərtib olunub.

Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Hafiz Kamranovun icraatına verilib.

Protokol təsdiq olunarsa, şirkət otur beş min manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə