İki nəfərin ölümündə təqsirləndirilən Rusiya Federasiyasının Qorodişensk rayon məhkəməsinin hakimi Tatyana Rıjıx statusundan məhrum edildi.
E-huquq.az "Кавказский узел" portalına istinadən xəbər verir ki, Rusiya Federasiyasının Volqoqrad vilayət məhkəməsi, Qorodişensk rayon məhkəməsinin keçmiş hakim Tatyana Rıjıxı 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etdi. Bundan əlavə, o, qəzanın iki qurbanının yaxınlarına iki milyon rubl ödəməyə borcludur.
İstintaqın məlumatına görə, 28 aprel 2015-ci ildə hakim idarə etdiyi avtomobillə icazə verilməyən yerdə yolu keçən iki piyadanı vurub. T.Rıjıx hadisə yerindən qaçıb, avtomobili isə Volqoqradda tapılıb.. O, günahını etiraf etməyib, lakin hakim vəzifəsindən istefa verib.
Bundan sonra Hakimlərin İxtisasartırma Kollegiyası məhkəmənin qərarı əsasında T.Rıjıx hakim statusundan məhrum edib.
