Məzmuna keç

Qubada ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücünün məhkəməsi başlayır

Qubada ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Qalib Mirzoyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib.

İş hakim Samir Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, “VAZ 2106” və “Opel” markalı maşınlar toqquşub. Qəza nəticəsində Elnur Kəlbiyev hadisə yerində dünyasını dəyişib. Sahil İsayev isə ağır xəsarət alıb. Sürücü Qalib Mirzoyevə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə