Məzmuna keç

Kliniki Tibbi Mərkəz məhkəməyə müraciət etdi

"Kliniki Tibbi Mərkəz" publik hüquqi şəxsi "Böyük Qayıdış" MMC-ni məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, mərkəz Şəki Kommersiya Məhkəməsinə müraciət edərək podrat müqaviləsi üzrə tələb irəli sürüb.

İşə hakim Mübariz Hüseynovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki açıqlanmayıb.

Şəbnəm Mehdizadə