Məzmuna keç

Aqrar Kredit və İnkişaf Agentliyinə cərimə yazıldı

Valyuta tənzimi qaydalarının pozulmasına görə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, agentlik barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İş hakim Hafiz Kamranovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki açıqlanmayıb.

Qeyd edək ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Şəbnəm Mehdizadə