Məzmuna keç

Bakıda evində “tiryəkxana” təşkil edən şəxsin istintaqı başa çatdı

Bakıda evində "tiryəkxana" təşkil etməkdə təqsirləndirilən Kamal Ələkbərovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən mənzillərdən birində “tiryəkxana” təşkil edən Kamal Ələkbərov və həmin evdə narkotik vasitələr qəbul edən daha 6 nəfər saxlanılıb. Araşdırma zamanı ev sahibinin yaşadığı ünvanda narkotik vasitə aludəçilərinə psixotrop maddə olan metamfetamin qəbul etmək üçün şərait yaratdığı müəyyən edilib. K.Ələkbərova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə