Məzmuna keç

Hacıqabulda evlərdən oğurluq edən şəxslər hakim qarşısına çıxarılır

Hacıqabulda evlərdən oğurluq etməkdə təqsirləndirilən Vəli Zayidov və İbrahim Şirinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib.

Hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilcək məhkəmənin hazırlıq iclası sentyabrın 27-nə təyin olunub.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş Vəli Zayidov tanışı İbrahim Şirinov ilə əlbir olaraq zərərçəkənə məxsus ünvandan dəmir borular və digər tikinti materialları, avtomobil ehtiyat hissələri və 3 ədəd su matoru oğurlamaqla zərərçəkmişə 4600 manat maddi ziyan vurub. Qanunsuz yolla əldə olunan "qənimətlərin" bir qismi maddi sübut kimi götürülüb. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülıüb.

Şəbnəm Mehdizadə