"Xəzər Universiteti Dünya Məktəbi" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
Protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib. İş hakim Kənan Hüseynovun icraatına verilib.
Protokol təsdiq olunarsa, “Xəzər Universiteti Dünya Məktəbi" üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin baxış iclası sentyabrın 27-nə təyin olunub.
Şəbnəm Mehdizadə
