Məzmuna keç

Çayxanada tanışını bıçaqlayan şəxs hakim qarşısına çıxarılır

Tovuzda tanışını bıçaqlamaqda təqsirləndirilən Canpolad Xanmirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Elmin Rüstəmovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə Tovuz rayonu Köhnəqala kəndində fəaliyyət göstərən çayxanada baş verib. Belə ki, 1988-ci il təvəllüdlü Məşədilər kənd sakini Xanmirzəyev Canpolad Çapay oğlu aralarında olan şəxsi münasibətlər zəminində mübahisə zamanı tanışı 1989-cu il təvəllüdlü Alıyev Elsevər Məlik oğlunu bıçaqla vurub. C.Xanmirzəyevə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə