Məzmuna keç

Gəncədə növbə üstündə adam döyən şəxsin məhkəməsi başlayır

Gəncədə ödəmə terminalının qarşısında növbə üstündə dava edərək vətəndaşa xəsarət yetirən Elçin Fərhadzadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Roman Ələkbərlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazılrıq iclıasının vaxtı hələ ki açıqlanmayıb.

Qeyd edək ki, Elçin Fərhadzadə aralarında yaranmış mübahisə zamanı şəhər sakini Emin Məmmədova yumruqla xəsarət yetirib. Nəticədə E.Məmmədov sağ gözünün alt və üst qapaqlarının cırılmış yaraları, buynuz qişanın dəlib keçən yaralanması, möhtəviyyatın tökülməsi xəsarətləri alıb. E.Fərhadzadəyə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə