- 15:36
Cəlilabadda bacısını öldürməkdə təqsirləndirilən Məhəmməd Şahbazovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Nahid Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 2006-cı il təvəllüdlü Məhəmməd Şahbazov bacısı, 2003-cü il təvəllüdlü Rəqsanə Şahbazovanı qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə