Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır


  • 18 Sentyabr 2023 16:41

Abşeronda ölümlə nəticələnən qəzası törətməkdə təqsirləndirilən İlkin Əbilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib və hakim Vaqif Həsənovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxt hələlik məlum deyil.

Qeyd edək ki hadisə Qobu qəsəbəsi, Qobu-Lökbatan qolunda qeydə alınıb. Belə ki, İlkin Əbilovun idarə etdiyi “Opel Combo” markalı, Səxavət Mürvətovun idarə etdiyi “Vaz 2107” markalı və Sevinc Zeynalovanın idarə etdiyi “Nissan Micra” markalı avtomobillər toqquşub. Sevinc Zeynalova aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb. Sürücü İlkin Əbilova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər