Şifahi imtahana buraxılmış hakimliyə namizədlərin siyahısı açıqlandı


  • 18 Sentyabr 2023 18:11

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə prezidentinin tapşırıqlarına əsasən, görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin müasir beynəlxalq tələblər səviyyəsində və şəffaf prosedurlarla fasiləsiz seçimi davam etdirilir. Müsabiqə çərçivəsində test imtahanında müvəffəqiyyət qazanmış 175 nəfər namizədlə 04.08.2023-cü il tarixdə yazılı imtahan keçirilib, imtahan zamanı cinayət və mülki sahələr üzrə kazus xarakterli 2 sual 4 saat ərzində cavablandırılıb. Hakimliyə namizədlərin cavab vərəqələri kodlaşdırılaraq anonim qaydada, ikiqat üsulla Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət edilmiş mütəxəssislər tərəfindən ayrı-ayrılıqda yoxlanılıb. Yeni qaydalara əsasən, namizədin həm cinayət, həm də mülki sahələr üzrə topladığı ballar cəmlənir və 2-yə bölünərək, yekun bal müəyyən edilir. Topladığı yekun bal 60 və ya daha çox olan namizəd yazılı imtahanın bu fazasından keçmiş hesab edilir, bu şərtlə ki, onun hər inşa mövzusu üzrə ayrı-ayrılıqda topladığı ballar 50-dən az olmasın.

Bu barədə e-huquq.az-a Hakimlərin Seçki Komitəsindən məlumat verilib.

Bildirilib ki, imtahanın nəticəsinə görə 60 və daha çox bal toplamış 62 nəfər hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə, şifahi imtahana buraxılıb.

Yeni qaydalara əsasən yazılı imtahanın nəticələri namizədlərin yalnız şəxsi eyniləşdirmə kodu göstərilməklə dərc edilir.

Namizədlər şəxsi eyniləşdirmə kodunu bu keçid vasitəsilə əldə edə bilərlər.

Şifahi imtahanlar 2023-cü il 10 oktyabr tarixdən başlayaraq mərhələli qaydada keçiriləcək.

Eyni zamanda bildirilir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir və 03 noyabr 2023-cü il tarixdə keçiriləcək test imtahanı üçün artıq 240-dan çox namizəd sənədlərini təqdim etmişdir. Hakimlərin Seçki Komitəsi yerlərin məhdudluğunu nəzərə alaraq, hakim olmaq arzusunda olan şəxsləri müsabiqədə daha fəal iştiraka dəvət edir.

Şifahi imtahana buraxılmış hakimliyə namizədlərin kod üzrə siyahısını təqdim edirik:

Kod yazılı

778797

778800

778804

778809

778819

778825

778848

778856

778866

778867

778882

778888

778902

778910

778927

778931

778932

778933

778946

778954

778955

778957

778958

778962

778963

778967

778969

778971

778976

778977

778980

778981

778988

778993

778994

778996

778999

779003

779006

779011

779022

779024

779034

779035

779048

779057

779059

779065

779071

779084

779102

779108

779111

779117

779123

779126

779128

779129

779132

779134

779139

779179

Oxşar xəbərlər