- 19:04
2016-cı ildə Suriyada döyüşlərdə iştirak edərkən öldüyü elan edilən Şahin Salayevin işi üzrə məhkəmə prosesi yekunlaşıb.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Şahin Salayev 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Şahin Salayev İŞİD terror təşkilatının silahlı münaqişələrində iştirak edib. Onun barəsində Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi (dini məzhəbləri yaymaq zəminində Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak etmə) ilə ittiham olunub.
Şahin Salayev bu il Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici dövlət ərazisində tutularaq Azərbaycana gətirilib. Onun Suriya-İraq ərazisində 10 illik döyüş təcrübəsinin olduğu bildirilib.
Araşdırmalar zamanı məlum olub ki, Ş. Salayev 2016-cı ildə Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə xaricdəki silahlı münaqişələr zamanı ölmüş elan edilib.