- 9 Oktyabr 18:17
Daşkəsəndə oğurluq etməkdə təqsirləndirilən Qamət Ələkbərov, Mahmud Cəfərov və Sənan Əmiraslanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilib.
İş hakim Mustafa Mustafayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Daşkəsən rayon sakinləri Qamət Ələkbərov, Göygöl rayon sakini Mahmud Cəfərov və həmyerlisi Sənan Əmiraslanov müxtəlif vaxtlarında vətəndaşlara məxsus tövlədən qanunsuz olaraq ümumi dəyəri 2000 manata yaxın olan 8 baş xırdabuynuzlu heyvan oğurlamaqda təqsirləndirilirlər. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməllərini etiraf ediblər. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə