Saxta sənədlərlə mənzil satmaqda təqsirləndirilən MTK direktorunun məhkəməsi başlayır


  • 19 Sentyabr 2023 18:01

Abşeronda qanunsuz mənzil satışı ilə məşğul olmaqda təqsirləndirlən Rafiq Nəsriovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Aynur Rzayevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq icıasının vaxtı hələlik məlum deyil.

Baş Prokurorluğun məlumatına görə, “Hayan E” MTK-nın direktroru Nəsirov Rafiq Nəsib oğlu tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Rəsulzadə küçəsində inşa olunan yaşayış binasındakı mənzillərin müxtəlif şəxslərə satılmasına baxmayaraq, qanunsuz gəlir əldə etmək məqsədilə digər şəxslərə saxta sənədlər əsasında yenidən satılmasına dair əsaslı şübhələr müəyyən edilib. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər