"Arkoz Marketinq"ə cərimə yazıldı


  • 19 Sentyabr 18:10

"Arkoz Marketinq" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsində hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Arkoz Marketinq" inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər