- 18:09
Bakıda evlərdən silsilə oğurluqlar etməkdə təqsirləndirilən Əlikram Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Hakim Abbas Rzayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq icıasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, əvvəllər məhkum olunmuş Əlikram Əliyev Binəqədi qəsəbəsində mənzillərdən silsilə oğurluq etməkdə təqsirləndirlir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə 7 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Şəbnəm Mehdizadə