- 8 May 21:45
V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu publik hüquqi şəxsi məhkəməyə verilib.
E-huquq.az-ın məlumatına görə, "Profmaterials" şirkəti instituta qarşı alqı-satqı müqaviləsi üzrə tələb irəli sürüb.
İddia Bakı Kommersiya Məhkəməsində hakim Zeynəb Axundovanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə