Tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır


  • 22 Sentyabr 2023 13:49

Mehdiabadda tanışını qətlə yetirməkdə təqsirləndirilən Hüseyn Qasımovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Rəşad Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Hüseyn Qasımov Abşeron rayonunun Mehdiabad qəsəbəsində aralarında yaranmış mübahisə zamanı tanışı 1988-ci il təvəllüdlü Sultan Əliyevi bıçaqlayaraq öldürməkdə təqsirləndirlir. Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər