- 8 May 21:45
"Vitamed Tibb Mərkəzi" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, tibb mərkəzi barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Nigar İmanovanın sədrliyi ilə baxılacaq. Məhkəmənin baxış iclası oktyabrın 3-də keçiriləcək.
Qeyd edək ki, bu xətaya görə "Vitamed Tibb Mərkəzi" altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə