Piyadanı maşınla vurub öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 22 Sentyabr 2023 17:24

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Aləm Əsədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyyd edək ki, hadisə Nizami rayon ərazisində baş verib. Belə ki, 2005-ci il təvəllüdlü Aləm Əsədov idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə piyada keçidində 1986-cı il təvəllüdlü Qasım Zeynalovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. A.Əsədova qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər