MTK "Azərsu"yu məhkəməyə verdi


  • 25 Sentyabr 2023 11:32

"Səadət" Mənzil-Tikinti Kooperativi "Azərsu" ASC-ni məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, MTK Bakı Kommersiya Məhkəməsinə müraciət edərək quruma qarşı tələb irəli sürüb. İşin mahiyyəti açıqlanmayıb.

İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər