- 8 May 21:45
Hacıqabulda ölümlə nəticələn yol qəzası törətməkdə təqsirləndirlən Elməddin Cabbarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib.
Hakim Zaur Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası oktyabrın 10-da keçiriləcək.
Qeyd edək ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində baş verib. "Renault Megane" markalı avtomobil yol kənarında dayanan "Mercedes Ateko" markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində Bərdə sakini, 1938-ci il təvəllüdlü Əliyeva Asiya hadisə yerində ölüb. Daha iki nəfər xəsarət alıb. Sürücü Elməddin Cabbarova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə