- 8 May 21:45
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şəkər Səfərlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.
Hakim Muradağa Qasımovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, “Tofaş” və “Toyota Prius” markalı avtomobillərin toqquşması nəticəsində 40 yaşlı Lənkəran sakini Səfərova Sevinc Ağamehdi qızı hadisə yerində vəfat edib. 21 yaşlı Ş.Səfərli və 28 yaşlı A.Əhmədov isə xəsarət alıb. Sürücü Şəkər Səfərliyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə