Masallıda tanışına xəsarət yetirən şəxsin məhkəməsi başlayır


  • 25 Sentyabr 2023 17:40

Masallıda tanışını bıçaqlamaqda təqsirləndirilən Cavid Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Nahid Hüseynovun sədrliyi araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Masallı rayon sakini Qurbanov Cavid Möhübbət oğlu həmkəndlisi Nəcəfov Zaur Səxavət oğlunu şəxsi münasibətlər zəminində bıçaqlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4.-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər