Xalasının həyat yoldaşının qətlində ittiham olunan şəxs hakim qarşısına çıxarılır


  • 25 Sentyabr 2023 17:49

Saatlıda xalasının ərini öldürməkdə təqsirləndirilən Kənan Nərimanzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Xamməd Nuriyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 3-ə təyin olunub.

Qeyd edək ki, 2005-ci il təvəllüdlü Nərimanzadə Kənan Ehtiram oğlu aralarında yaranmış mübahisə zamanı xalasının əri,1978-ci il təvəllüdlü İsmayılov Elşad Tofiq oğluna yaşadıqları evdə çoxsaylı bıçaq xəsarətləri yetirib. E.İsmayılov hadisə yerində keçinib. K.Nərimanzadəyə qarşı 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər