- 8 Dekabr 18:09
Qaxda qohumunu güllələməkdə ittiham olunan Cavidan Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Xaliq Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Qaxın Almalı kəndi ərazisində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü Cavidan Məmmədov ov tüfəngi ilə qohumu Turan Məmmədova xəsarət yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə